"İran Xoyda soydaşlarımıza düşmən kimi yanaşır, bizi sahibsiz qoymayın"-Əhməd Obalı Azərbaycan dövlətinə müraciət etdi-VİDEO

29.01.2023, 23:19

İran hökuməti Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən zəlzələ zamanı zəzərçəkənlərlə maraqlanmır. Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı etdiyi video-müraciətdə İran dövlətinin insanların taleyinə laqeydliyini sərt tənqid edib:

Gunaz.tv Quote | Gunaz article

“İki həftə əvvəl Güney Azərbaycanın Xoy şəhərinin ətrafında zəlzələ oldu. Onlarla soydaşımız evsiz qaldı. Bölgədən çəkilən video-görüntülərdən aydın olur ki, onların əksəriyyəti hələ də konteynerlər (kaneks) əldə edə bilməyiblər. 

Qışın soyuğunda çadırlarda qalırlar. 

Dünən baş verən zəlzələ nəticəsində 973 nəfər yaralanıb, ölənlər var. 70 kənd dağılıb. Bəzi kəndlər tamam dağılıb. Şəhərin özündə dağıntılar var. İranın verdiyi rəsmi rəqəmlər reallığı əks etdirmir. 

Dağıntıları 3 dəfə az göstərirlər. 100-dən çox kənd dağılıb. Yarallar 1000-dən çoxdur. Qışın soyuğunda evsiz qalmış insanlara konteynerlər quraşdırılmalıdır. 

Onlar istiliklə, zəruri ləvazimatlarla təchiz edilməlidir. Lakin İran hökuməti adətinə sadiq qalaraq insanların taleyinə biganə yanaşır. Soydaşlarımız bilərəkdən qışın soyuğunda çadırlarda dondurulur”.

Günaz. TV-nin rəhbəri Əhməd Obalı Güney Azərbaycanda zəlzələdən zərərçəkənlərə yardım üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən kömək istəyib:

 "Azərbaycan dövlətinə və prezidentinə müraciət edirəm. Prezidentimiz millətimizi sahibsiz qoymasın. Bu şiddətli soyuqda İran dövləti bizə öz vətəndaşı kimi yox, düşməni kimi yanaşır. "Hizbullah"a və başqa terror təşkilatlarına silah və maliyyə dəstəyi verir. 

Xoy və ətrafında olna soydaşlarımıza yardıma dəvət edirəm".
 

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfərə çatıb. 

Zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri isə təbii fəlakətin baş verdiyi ərazidən 122 nəfərin yaralandığını açıqlayıb. 

Qeyd edək ki, dağıntıların meydana gəldiyi Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Fransada iğtişaşlar zamanı azı 200 nəfər xəsarət alıb

2023-03-26

gun az article

Türkmənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb

2023-03-26

gun az article

Xankəndi-Laçın yolu: ekoaksiya 105 gündür ruh yüksəkliyi ilə davam edir

2023-03-26

gun az article

Prezident İlham Əliyev Şarl Mişeli Laçın yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb

2023-03-25

gun az article

Ordumuz təxribatların qarşısını almaq üçün hərəkətə keçdi

2023-03-25

gun az article

Separatçıların Füzuli istiqamətində səngər qazmasının qarşısı alındı

2023-03-25

gun az article

XİN Laçın yolu ilə bağlı bəyanat yaydı –"Sərhəd-keçid məntəqəsi yaradılmalıdır"

2023-03-25

gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25