İran Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

02.02.2023, 16:15

Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım etməyə hazırdır, lakin İran buna imkan vermir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə diplomatik mənbələrdən informasiya daxil olub.

Məlumata görə, Azərbaycan dövləti Xoyda zəlzələdən zərərçəkmiş soydaşlarımıza hər cür yardım göstərməyə hazırdır və buna bütün resurslar da var. Lakin İran dövləti Azərbaycanın bu yardımı soydaşlarımıza çatdırmasına imkan vermir.

Qeyd edək ki, yanvarın 18 və 28-də İranın mütləq əksəriyyəti azərbaycanlıların yaşadığı Xoy əyalətində zəlzələ baş verib.

Zəlzələlər nəticəsində mindən artıq insan yaralanıb, 3 nəfər ölüb. Təbii fəlakətin baş verməsindən xeyli vaxt keçməsinə baxmayaraq, İran hökuməti soydaşlarımıza heç bir yardım göstərmir. Minlərlə ailə kəskin soyuq və qarlı hava şəraitində çöldə gecələyir. Çadır, isti geyim və qidaya olan tələbat ödənmir, insanlar arasında kütləvi xəstəliklər yayılır.

Xəstəxanalarda tibb heyət və dərman çatışmazlığı var. Xəstəxanalarda yer və tibbi heyət olmadığı üçün xəstə qəbulundan imtina olunur.

İran mediası isə Xoyda zəlzələdən zərərçəkənlərin problemlərini işıqlandırmaqdan imtina edir.

Türkiyənin Qızıl Ay Cəmiyyətinin açıqlamasına görə, İran bu ölkənin yardım təklifindən də imtina edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, İranın zəlzələdən zərər çəkənlərə qarşı aqressiv davranışı, heç bir yardım göstərməməsi və yardım göstərənlərə mane olması İranın daxili siyasətində azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyin göstəricisidir.

“Bu, öz vətəndaşlarına münasibətdə humanitar terrordur. Eyni zamanda İslam dininin bütün humanitar və mənəvi dəyərlərinə ziddir” deyə, deputat qeyd edib.

Hikmət Babaoğlu bildirib ki, İranın Xoyda baş verən zəlzələdən sonra zərərçəkmiş soydaşlarımıza ediləcək yardımlardan imtinası “şovinist fars rejiminin azərbaycanlıların hüquqlarını tapdalamasının, onları adi humanitar hüquqlardan belə məhrum etməsinin” göstəricisidir.

“İranın bu cür anti-humanist, anti-hüquqi və anti-islami mövqeyi qətiyyətlə pislənilməlidir. İranda yaşayan 30 milyon azərbaycanlı ən çətin anlarda belə vətəndaşı olduğu dövlətdən humanitar yardım görmürsə, əlbəttə ki, onlar beynəlxalq hüquqa uyğun olaraq özünü təyinetmə, özünü ifadəetmə vasitələrindən istifadə etməyə məcbur qalacaqlar.

İran rejimi azərbaycanlıları öz müqəddəratlarını təyin etməyə doğru itələyir” - deyə, Hikmət Babaoğlu qeyd edib. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Fransada iğtişaşlar zamanı azı 200 nəfər xəsarət alıb

2023-03-26

gun az article

Türkmənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb

2023-03-26

gun az article

Xankəndi-Laçın yolu: ekoaksiya 105 gündür ruh yüksəkliyi ilə davam edir

2023-03-26

gun az article

Prezident İlham Əliyev Şarl Mişeli Laçın yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb

2023-03-25

gun az article

Ordumuz təxribatların qarşısını almaq üçün hərəkətə keçdi

2023-03-25

gun az article

Separatçıların Füzuli istiqamətində səngər qazmasının qarşısı alındı

2023-03-25

gun az article

XİN Laçın yolu ilə bağlı bəyanat yaydı –"Sərhəd-keçid məntəqəsi yaradılmalıdır"

2023-03-25

gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25