SON XƏBƏRLƏR

Parlament Həsən Ruhaninin buraxdığı səhvlərlə bağlı hesabatı məhkəməyə göndərdi

2021.11.03, 13:02
Parlament Həsən Ruhaninin buraxdığı səhvlərlə bağlı hesabatı məhkəməyə göndərdi

Gunaz.tv

Hesabatda bildirilir ki, İran parlamentinin 167 deputatı keçmiş prezident Həsən Ruhaninin ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün yürütdüyü səhv siyasətində çoxlu səhvlərə yol verdiyini vurğulayaraq, İran Məhkəmə Sisteminin onun barəsində tədbir görməsini tələb ediblər.


İran parlamentinin səhiyyə komissiyası sədrinin müavini Məhəmməd Pakmer parlamentinin açıq iclasında çıxış edərək, keçmiş prezidenti Həsən Ruhanini yoluxuci xəstəliklə bağlı səriştəsiz siyasət aparmaqda günahlandırıb.


“Ölkə əhalisinin əksəriyyəti Həsən Ruhaninin rəhbərlik etdiyi Koronavirua Qarşı Mübarizə Qərargahının və onun hökumətindəki nazirliklərin bununla fəaliyyətindən razı qalmadıqlarını və bununla bağlı çoxlu maddi və mənəvi ziyana məruz qaldıqlarını bildirirlər”, -deyə İran parlamentinin səhiyyə komissiyası sədrinin müavini Məhəmməd Pakmer bildirib. 


Hesabatda həmçinin bildirilir ki, keçmiş prezidentin ölkədə yoluxucu xəstəlik yayılmağa başladığı ilk günlərdən onun qarşısını almaq üçün  düzgün siyasət yetirməməsi, bununla bağlı səhv qərarlar verməsi, vaksinlərin ölkədə istehsalı, paylanışı və ya ölkəyə idxalı ilə bağlı çox zəif tərpənməsi və xəstəliyin düzgün idarə olunmaması ölkədə pandemiya ilə bağlı vəziyyəti daha da ağırlaşdırıb.


Hesabatda yoluxucu xəstəliklə bağlı ölkənin indiki ağır duruma gəlməsində bütün günahlar Həsən Ruhaninin boynuna qoyulsa da, İran lideri Əli Xamneyinin Amerika və Avropada istehsal edilən vaksinlərin ölkəyə idxalına qadağa qoymasına və onun bu səhv qərarının ölkədə vaksinasiya işini xeyli gecikdirməsinə, eləcə də yoluxanların və xəstəlikdən ölənlərin sayının qat-qat artmasına gətirib çıxarmasına toxunulmayıb.  


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar