SON XƏBƏRLƏR

İran parlamentində nüvə danışıqları ilə bağlı qapalı iclas keçirilir

2022.08.17, 08:12
İran parlamentində nüvə danışıqları ilə bağlı qapalı iclas keçirilir

Gunaz.tv

Məclisin Nümayəndələr Palatasının üzvü Əlirza Səlimi "İRNA" xəbər agentliyinə bildirib ki, parlamentin qapalı iclası avqustun 26-da yerli saat 11:00-da xarici işlər naziri Hüseyn Əmirabdullahyan, nüvə danışıqları heyətinin rəhbəri Əli Baqiri Kəni və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin iştirakı ilə keçirilir.

İclasda Əli Şəmxaninin, parlamentin daha əvvəl Həsən Ruhani hökumətinin tənqidinə səbəb olmuş nüvə fəaliyyətləri haqqında qanunu müdafiə edib.

"Bu qanun ölkəyə fəal müqavimət siyasətini tam şəkildə həyata keçirmək üçün çox yaxşı imkanlar verib və bunun bəhrələri bu gün keçmişdəkindən daha çox görünür"-deyə, Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib.

Bir sıra media orqanları iclas barədə dəqiq məlumatlar verə bilməsələr də, toplantının gərgin və mübahisəli şəraitdə keçdiyini qeyd edirlər. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar