SON XƏBƏRLƏR

İran parlamentində Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olunacaq

2022.09.19, 06:25
İran parlamentində Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olunacaq

Gunaz.tv

Bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vəhid Cəlalzadə deyib.

O bildirib ki, çərşənbə günü Azərbaycan və Ermənistan məsələlərinə dair önəmli və fövqəladə iclas keçiriləcək.

Vəhid Cəlalzadə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən ciddi narahat olduqlarını deyib: "Biz ölkənin yüksək vəzifəli məmurları ilə bu məsələni müzakirə etdik.

Ölkənin Ali Milli Təhlükəsizlik Şurasından, eləcə də Xarici İşlər Nazirliyindən bu məsələlərə ciddi yanaşmağı xahiş edirik".

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar