SON XƏBƏRLƏR

İran parlamentinin erməni deputatları Azərbaycana qarşı ittihamlar səsləndirib

2022.03.18, 08:15
İran parlamentinin erməni deputatları Azərbaycana qarşı ittihamlar səsləndirib

Gunaz.tv

Bu barədə İranda yaşayan ermənilərin media qurumu olan “Alik” xəbər saytı məlumat yayıb. Məlumata görə, İran parlamentinin erməni nümayəndələriı Ara Şaverdyan və Robert Beqleryan Azərbaycan Respublikasının “təxribat xarakterli və qeyri-insani” addımları ilə bağlı İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın ofisinə ifşaedici məktub göndəriblər. 

Ali rəhbər Əli Xamneyinin Qarabağ münaqişəsi ilə bağlı çıxışını xatırladan ermənilər Qarabağ ermənilərinin təhlükəsizliyinin vacibliyini vurğulayıb, İranın xarici işlər nazirindən üçtərəfli birgə bəyannamə, habelə konstitusiyanın humanitar prinsiplərinə, habelə İranın qonşuları ilə bağlı xarici siyasətinin əsas istiqamətlərinə uyğun olaraq böhranın həlli üçün hərəkətə keçməsini istəyiblər. 

Məktubda erməni nümayəndələr Azərbaycan tərəfinin sərhəddə mikrofonla müxtəlif şüarlar səslənirməsini və habelə erməniləri öz evlərini tərk etmək çağırışını onlara qarşı psixoloji təzyiq kimi qiymətləndiriblər. 

Bununla yanaşı erməni nümayəndələr Qarabağda qaz verilişinin dayandırılmasını Azərbaycan hökumətinin təxribatı kimi qələmə verib və bölgədə yaşayan ermənilərin ağır durumda olduqları barədə şikayət ediblər.

Qeyd edək ki, Ara Şaverdiyan İran parlamenti və mediasında Azərbaycan Respublikasına qarşı çıxışları, İran hökumətinin Azərbaycana qarşı “qəti rədbir”lər görməklə bağlı etdiyi çağırışlarl ilə məşhurlaşıb.

Şaverdiyan İranın Azərbaycana qarşı “dözümlü” siyasət yürütdüyünü iddia edərək Azərbaycan rəsmilərini bundan sui-istifadə günahlandırıb və İranın ağır cavab verəcəyi barədə xəbərdarlıq edib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar