SON XƏBƏRLƏR

İran partiya sədri hökuməti tənqid etdiyi üçün həbs edildi

2022.05.17, 07:59
İran partiya sədri hökuməti tənqid etdiyi üçün həbs edildi

Gunaz.tv

Bu haqda xəbəri onun oğlu təsdiq edərək bildirib ki, atasının həbs qərarı Xüsusi Ruhanilər Məhkəməsi tərəfindən verilib.

Partiya sədrinin sosial mediada İbrahim Rəisi və hakimiyyətin yarıtmaz siyasi kursunu tənqid etdiyi, əhalinin günü-gündən narazılaşdığı barədə xəbərdarlığına görə mayın 26-da saxlanıldığı deyilir.

Xatırladaq ki, Məhəmməd Zare Fuməni İranda son prezident seçkiləri zamanı İbrahim Rəisiyə dəstəyini ifadə etsə də, bu yaxınlarda "Club house"dakı çıxışı zamanı hakimiyyətin daxili və xarici siyasətini tənqid edib.

Qeyd edək ki. 2011-ci ildə təsis edilən Xalq İslahatı Partiyası 2013-cü ildə Əliəkbər Haşimi Rəfsəncaninin prezidentliyi dəstəkləmişdi.

Müxtəlif zamanlarda tam fərqli mövqelərdən çıxış edən Məhəmməd Zare Fuməni 2009-cu ildə Mir Hüseyn Musəvi və mehdi Kərrubinin başçılıq etdikləri “Yaşıl Hərəkat”ın əleyhinə çıxdığı üçün mühafizəkar qanadın himayəsini qazanmışdı.

Fuməninin mühafizəkar İbrahim Rəisinin president seçildikdən sonra ona heç bir vəzifə vermədiyi üçün narazılar sırasına qoşulduğu bildirilir. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar