SON XƏBƏRLƏR

İran prezidentinin rəsmi saytı dağıdılıb

2022.09.22, 04:44
İran prezidentinin rəsmi saytı dağıdılıb

Gunaz.tv

İran prezidentinin internet saytının hakeri "Anonimus" qrupunun üzvü özünün tvitter sosial şəbəkəsində “Biz ədalət mübarizəsində İran xalqının yanındayıq” yazıb.

Adı çəkilən haker qrupu daha əvvəl Məhsa Əminin əxlaq polisi tərəfindən ölüdürülməsindən sonra İran xalqlarının etirazlarına dəstək üçün Tehran hökumətinə məxsus internet saytlarını hədəf alacağını açıqlamışdı.

Bununla yanaşı Tehran bələdiyyəsinə aid saytların bütün alt domenləri "İran xalqının kiberəsgərləri" adlı hakerlər tərəfindən dağıdılıb və Məhsa Əmininin şəkli əsas səhifəyə yerləşdirilib.

Bu qrup son iki gündə hökumətə aid bir çox internet saytlarını, o cümlədən İran Mərkəzi Bankının, İrşad Nazirliyinin, hökumətin rəsmi internet saytını və İran hökuməti sözçüsünün saytını sındırıb.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar