SON XƏBƏRLƏR

İran Ərəb dənizində İsrail gəmilərinə hücum etməkdə günahlandırılıb

2023.02.18, 11:51
İran Ərəb dənizində İsrail gəmilərinə hücum etməkdə günahlandırılıb

Gunaz.tv

Mənbə bu barədə ətraflı məlumat verməsə də, Britaniyanın dəniz təhlükəsizliyi şirkəti "Embry Intelligence" Ərəb dənizində 3 gəminin pilotsuztəyyarələr tərəfindən hücuma məruz qaldığını bildirib.

Britaniya təhlükəsizlik şirkətinin qiymətləndirməsinə görə, Ərəb dənizində bu gəmilərə qarşı belə bir hücumun İran tərəfindən həyata keçirildiyi qeyd edilir.

Məlumatda mümkün maddi və insan tələfatı barədə açıqlama verilməyib.

Bu İran və İsrail arasında bir-birlərinə qarşı ittihamların davam etdiyi bir vaxta təsadüf edir.

Tehran hakimiyyətinin İsrailə qarşı təhdidlərinə cavab olaraq,  Təlaviv fevralın 16-da verdiyi açıqlamada İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün heç bir səydən əl çəkməyəcəyi barədə açıqlama verib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar