SON XƏBƏRLƏR

İran rəsmisi: “Sanksiyaları ləğv etdirmək üçün əlimizdən gələni edəcəyik”

2021.11.09, 10:50
İran rəsmisi: “Sanksiyaları ləğv etdirmək üçün əlimizdən gələni edəcəyik”

Gunaz.tv

 Bu gün “twitter” hesabında paylaşım edən Əli Baqiri Kəni bildirib ki, yaxın günlərdə Avropaya səfər edərək özünün fransız, alman və britaniyalı həmkarları keçirəcəyi görüşlərdə Vyana danışıqları barədə müzakirələr aparacaq.


“Gündəlikdə ikitərəfli və regional məsələlər, eləcə də gələcək danışıqların müzakirəsi var. 


Lakin biz milli maraqlarımızın tmin olunması istiqamətində ölkəmizə qarşı tətbiq edilən qanunsuz sanksiyaların aradan qaldırılması üçün əlimizdən gələni edəcək, səylərimizi əsirgəməyəcəyik”, -deyə İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Kəni “Twitter” hesabında etdiyi paylaşımında bildirib. 


Xatırladaq ki, Avropa Birliyi noyabrın 3-də bəyanat yayaraq, İranla nüvə razıaşmasının canlandırılması üçün Vyanada aparılan danışıqların yenidən bərpa olunmasının tarixi barədə razılığa gəldiklərindən xəbər verib. 


Bəyanatda bildirilir ki, nüvə razılaşmasını dirçəltmək üçün İranla Vyanada aparılacaq növbəti danışıqlar noyabrın 29-da (Azərin 8-də) başlanacaq.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar