SON XƏBƏRLƏR

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023.03.23, 06:37
İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

Gunaz.tv

O, İran Televiziyasına verdiyi açıqlamada bildirib ki, səfərdən məqsədi sərhəd bölgəsində təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərlə yerindəcə tanış olmaqdır.

Qudərzi qeyd edib ki, real vaxt rejimində sərhəd monitorinqi yerli istehsal avadanlıqlarından istifadə etməklə həyata keçirilir.

İran Sərhəd Qoşunlarının komandanı bundan öncə hər dəfə Azərbaycanla sərhəd bölgəyə səfər edəndə Azərbaycan Respublikasına qarşı müxtəlif ittihamlar irəli sürüb.

Qudərzi bundan öncə Xudafərin bölgəsində etdiyi səfər zamanı Azərbaycan Respublikasından terror törətmək məqsədilə İrana silahlı şəxslərin keçdiyini və onların həbs edildiyini iddia etmişdi.

Qeyd edək ki, son günlər sosial media kanallarında Tehran hökumətinin Azərbaycanla sərhəd bölgələrə hərbi texnika və canlı qüvvə yığması ilə bağlı məlumatlar yayılıb.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar