SON XƏBƏRLƏR

İran səfirinin paylaşımı güneylilərin fərqli reaksiyalarına səbəb olub

2021.12.18, 13:38
İran səfirinin paylaşımı güneylilərin fərqli reaksiyalarına səbəb olub

Gunaz.tv

Sosial media fəalları və istifadəçiləri Təbrizin yerli media orqanlarında yayılan xəbərə “yenə də türklərin başına dolanın”, “görəsən başa düşərlər”, “kül başınıza müdir və bacarıqlı fars şahzadələri” məzmunlu yorumlar yazıblar. 

Bir sıra istifadəçilər bunu iki ölkə arasında münasibətlərin yumuşaldılması üçün atılan addım kimi dəyərləndirib və İran rəsmilərinin belə mövqe, münasibətə hörmətlə yanaşmalı olduqlarını qeyd ediblər. 

Bununla yanaşı bəzi media fəalları Azərbaycan nümayəndəsinin qətnamənin əleyhinə səs verməsini yanlış addım kimi dəyərləndiriblər. 

İstifadəçilərdən biri qətnamənin İrana qarşı kimi qələmə verilməsini yanlış adlandırıb və bunun ancaq molla hakimiyyətinə qarşı qəbul edilən haqlı qətnamə olduğunu qeyd edib. 

“Bu qətnamənin harası İrana qarşıdır? Azərbaycan Respublikasından bunu gözləməzdik. İranda insan haqlarının pozulması dəhşətli səviyyədədir. İran hökuməti insan haqlarına heç bir dəyər vermir. İki il öncə bu ölkənin 1500 gənci haqlı bir etiraz aksiyasına görə güllənərək öldürüldü.

Zindanlarda işgəncə və edam halları, siyasi mıhbusların durumu. Bu qətnamə irana qarşı deyil. Molla hökumətinə qarşıdır”-deyə, sosial media istifadəçisi Təbrizin “azərəncümən” xəbər saytının məsələ ilə bağlı yayınladığı məlumata münasibətdə bildirib. 

Qeyd edək ki, Kanada tərəfindən BMT-yə təqdim edilən qətnamə Baş Məclisdə səsə qoyulub. 78 ölkə qətnamənin lehinə, 31 ölkə isə əleyhinə səs verib, 69 ölkə də bitərəf qalıb. Bununla da İranda insan haqlarının kobud və sistematik şəkildə pozulmasını pisləyən qətnamə səs çoxluğu ilə qəbul edilib. 

Qətnamənin əleyhinə səs verən ölkələr arasında Azərbaycan Respublikasıda var və İranın Azərbaycandakı səfiri Abbas Musəvi bununla bağlı özünün sosial media hesabında paylaşım edib. 

“Azərbaycan Respublikası ardıcıl olaraq ikinci ildir ki, BMT Baş Assambleyasında İrana qarşı qəbul edilən insan haqları qətnaməsinin əleyhinə səs verib”-deyə, səfir yazıb. 

Açıklama yok.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar