İran İsveç vətəndaşını casusluq ittihamı ilə həbs etdi

30.07.2022, 13:40

İranda İsveç vətəndaşı həbs edilib. İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yaydığı bəyanatda iddia olunur ki, İsveç vətəndaşı casusluq etdiyinə görə saxlanılıb.

Gunaz.tv Quote | Gunaz article

Kimliyi barədə açıqlama verilməyən isveçlinin bir neçə dəfə İrana səfər etdiyi, nəzarətdə saxlanılan bir neçə avropalı və qeyri-avropalı bir neçə şübhəli şəxslə əlaqə qurduğu deyilir.

ETTELAAT həbs etdiyi İsveç vətəndaşının bir neçə ay bundan öncə başqa bir avropalının həbsindən sonra, onun barəsində məlumat toplamaq üçün İrana səfər etdiyini, İrana gəlmədən öncə İsrailə getdiyinin müəyyən edildiyini iddia edib.

"O, son səfərində bütün sübutların toplandığına görə İrandan çıxarkən saxlanıldı"-deyə, ETTELAAT-ın bəyanatının sonunda bildirilib.

Kəşfiyyat Nazirliyi həmçinin İrana proxy casus göndərən ölkələrə xəbərdarlıq edib ki, bu təcrübəni davam etdirəcəkləri təqdirdə onlara müvafiq cavab veriləcək.

Həbs edilən İsveç vətəndaşının İrana səfər etmədən öncə İsrailə getdiyi barədə məlumatın qeyd olunması, onun İsrailə casusluqda ittiham olunacağına hazırlıq aparıldığına işarədir.

Qeyd edək ki, İsveç məhkəməsinin keçmiş iranlı prokuror köməkçisi Həmid Nurini ömürlük həbsə məhkum etməsindən sonra baş verir. 

İsveç vətəndaşının həbsinin Həmid Nuri ilə onun dəyişdirilməsi niyyəti ilə həyata keçirildiyi ehtimal edilir.

Cavidan 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Suriyada daha bir SEPAH zabiti öldürüldü

2023-04-02

gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01