ETTELLAAT-ın azərbaycanlı fəal barədə gizli sənədi ifşa olunub

18.03.2022, 09:20

"Əlinin ədaləti" kiber qruplaşması İranın Kəşfiyyat Nazirliyinin siyasi, milli və ictimai fəalların ölkədən çıxması ilə bağlı planını əks etdirən daha bir sənədini ifşa edib.

Gunaz.tv Quote | Gunaz article

İranda təhlükəsizlik və məhkəmə qurumları fəalların və müxaliflərin İran daxilində mövcud olmasının zərərinin onun faydalarından daha çox olduğu qənaətinə gəldikdə, onları ölkəni tərk etməyə məcbur edirlər.

"Əlinin ədaləti" kiber qrupunun BBC-yə təqdim etdiyi bu sənəddə, habelə ETTELAAT-ın Tehran İnqilab Keşikçiləri Korpusuna müdaxilə etdiyi və Kəşfiyyat Nazirliyinin müxaliflərin şəxsi həyatına nəzarət etdiyi qeyd edilib.

Sənəddə 4 müxtəlif mövzudan danışılır.

Birinci bəndin mövzusu azərbaycanlı siyasi və insan haqları fəalı Nərgiz Məhəmmədinin "çıxış qadağasının götürülməsi" və xanım Məhəmmədinin "özünü məzlum kimi göstərmə" və "xitab olunanların hisslərini təhrik etmək"lə mediadan sui-istifadə etməsinə dair fikirlərdir.

Sənəddə bildirilir ki, Nərgiz Məhəmmədinin ölkədən çıxışına qoyulan qadağa onun insan haqları təşkilatları, xaricdə olan fəallar və televizya kanalları ilə əlaqəsinin kəsilməsinin qarşısını ala bilmir və o onlayn şəkildə xarici mətbuata müsahibə verməkdə davam edir.

Bununla yanaşı sənəddə azərbaycanlı fəal Nərgiz Məhəmmədinin timsalında xaricdə yaşayan müxaliflərin arasında ixtilaf yaradaraq onları bir-birlərinə qarşı qoymaq planları barədə qeydlər var.

Adı çəkilən gizli sənəd 6 noyabr 2021-ci il tarixinə, Nərgiz Məhəmmədi barədə həbs qərarı çıxarılmadan öncəyə aiddir.

Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib. 

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb.

Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilərək təzyiqlərə məruz qalıb.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24