SON XƏBƏRLƏR

Amerika İran təyyarələrinə sanksiya tətbiq edib

2022.09.20, 05:05
Amerika İran təyyarələrinə sanksiya tətbiq edib

Gunaz.tv

Amerika İranın yük təyyarələrini Rusiya sanksiyalarını pozanlar siyahısına əlavə edib.

Sentyabrın 19-da Amerika Ticarət Departamenti İran aviaşirkətlərinin nəzarətində olan üç yük təyyarəsini Rusiya sanksiyalarını pozanlar siyahısına əlavə edib.

Amerika Ticarət Nazirliyinin məlumatına görə, İran Air, Mahan və Qeshm Fars şirkətlərinə məxsus 3 Boeing 747 yük təyyarəsini bu ölkənin Ukraynaya hərbi müdaxiləsi səbəbindən Amerikanın
Rusiyaya qarşı ixrac nəzarəti sanksiyalarını pozanlar siyahısına artırıb.

Məlumatda əlavə edilib ki, yük təyyarələri Amerikanın tətbiq etdiyi ixrac nəzarəti məhdudiyyətlərini açıq şəkildə pozaraq, Rusiyaya yük, o cümlədən elektron məhsullar aparırmış.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Amerika Ticarət Nazirliyinin siyahısında ölkənin Rusiyaya qarşı ixrac nəzarəti sanksiyalarını pozan 183 təyyarə var ki, bunlardan ilk üç sıra İran aviaşirkətlərinə məxsusdur.

Bu hesabat bildirilir ki, Birləşmiş Ştatlar əvvəllər sözügedən aviaşirkətlərə qarşı müxtəlif sanksiyalar tətbiq edib.

Amerika Ticarət Departamenti təyyarələrlə Rusiyaya hansı növ elektron məhsulların daşındığını açıqlamayıb.

Ancaq xəbərdarlıq edib ki, hər hansı yanacaq doldurulması, texniki qulluq və ehtiyat hissələri və ya xidmətlərin göstərilməsi Amerikanın ixrac nəzarətini pozacaq və şirkətləri Amerikanın cəzalandırıcı tədbirlərinə məruz qoyacaq. 

Hesabatda həmçinin əlavə olunur ki, İran təyyarələr üçün ehtiyat hissələri tədarük edərək aerokosmik sektorda Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətini açıq şəkildə bəyan edib.

İranın özünün rəsmi məlumatlarına görə, ölkənin hava donanmasının yarısı sıradan çıxıb və köhnəlmiş təyyarələrin Rusiyanın ehtiyac duyduğu hissələrin tədarükü üçün istifadə olunacağı güman edilir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar