SON XƏBƏRLƏR

İran Culfa sərhəd zolağında Amerika istehsalı olan döyüş sursatlarının tapıldığını iddia edir

2022.11.05, 08:31
İran Culfa sərhəd zolağında Amerika istehsalı olan döyüş sursatlarının tapıldığını iddia edir

Gunaz.tv

Onun iddiasına görə, saxlanılan şəxs bu silah və güllələri ölkənin başqa əyalətlərində yaymaq niyyətində imiş.

Məhəmməd Əhmədi Azərbaycanla sərhəddə aşkar edilən silah-sursat vasitəsilə ölkədə təxribat törətməyə hazırlıq görüldüyünün ehtimal edildiyini iddia edib.

Əhmədi saxlanılan şəxsin kimliyi barədə heç bir açıqlama vermədən onun məhkəmə orqanlarına təhvil verildiyini söyləyib.

Bundan öncə sentyabrın sonunda İran Sərhəd Mühafizəsi Qoşunlarının komandanı Əhməd Əli Qudərzi Azərbaycan Respublikası ilə sərhəd bölgəyə səfəri zamanı terrorçu qrup üzvlərinin həbsi barədə iddialar irəli sürmüşdür.

O, Xudafərində İrana daxil olmağa cəhd göstərən terrorçu qrupuun zərərsizləşdirildiyini, onlardan 7 nəfəri həbs edildiyini və həmin şəxslərdən çoxlu sayda silah-sursat, partlayıcı maddələr, optik və elektron vasitələr götürülduyunu söyləmişdi.

Sentyabrın 23-də isə Şərqi Azərbaycan əyalətinin Sərhəd Qoşunları komandanı Məhəmməd Əhmədi oxşar iddia ilə çıxış edərək Azərbaycan Respublikası ilə sərhəd bölgəsi Xudafərində iki nəfərin saxlanıldığı, onlardan odlu silahlar və partlayıcı maddələrin götürüldüyünü demişdi.

Bu iddialar Tehran rejiminin ölkədə baş verən kütləvi etiraz aksiyalarının bir tərəfini qonşu ölkələrlə əlaqələndirmək cəhdlərindən irəli gəldiyi ehtimal edilir.

Bundan öncə SEPAH-ın bülletenində Məhsa Əmininin öldürülməsi və ondan sonra başlayan etiraz aksiyalarda Azərbaycan, Türkiyə və İsrailin də əli olduğu, bunun Zəngəzuru ələ keçirmək üçün İranın başını daxili münaqişələrə qatmaq niyyəti ilə edildiyi barədə ittihamlar səsləndirilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar