SON XƏBƏRLƏR

İran və Türkiyə xarici işlər nazirləri görüşüb

2021.11.15, 12:02
İran və Türkiyə xarici işlər nazirləri görüşüb

Gunaz.tv

Bu gün səhər saatlarında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

Görüş Tehranda İranın Xarici İşlər Nazirliyinin binasında baş tutub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə görüşün bundan öncə danışılan məsələlərin müzakirəsi və razılaşdırılması ilə bağlı keçirildiyini bildirib.

Onun dediyinə görə. Mövlud çavuşoğlunun İran prezidenti İbrahim Rəisi ilədə görüşü planlaşdırılıb.

“Danışıqların əsas mövzusu qarşılıqlkı iqtisadi əməkdaşlıq, sərhəd məsələləri, Suriya, Qafqaz və Əfqanistan məsələləridir”-deyə, Xətibzadə bildirib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar