SON XƏBƏRLƏR

İranın xarici işlər naziri Moskvaya səfər edib

2022.08.31, 07:22
İranın xarici işlər naziri Moskvaya səfər edib

Gunaz.tv

Hüseyn Əmirabdullahian çərşənbə günü Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini açıqlayıb.

Nazir Moskvaya səfərinin əsas məqsədinin Tehranın müraciəti əsasında Ukraynadakı böhranı həll etməyə çalışmaq olduğunu iddia edib.

İranın Moskvadakı səfiri Kazim Cəlali mediaya verdiyi açıqlamada İran Xarici İşlər nazirinin Rusiyaya səfərinin təfərrüatlarını açıqlayıb.

"Regional məsələlərdə növbəti məqam Əfqanıstan, Suriya və Qərbi Asiya məsələləri ilə bağlıdır.

Bu baxımdan İran İslam Respublikasının oynadığı mühüm rolu və Rusiyanın terrorla mübarizədə oynadığı rolu da nəzərə almaqla iki ölkə arasında danışıqların intensivliyini artırmaq lazımdır"-deyə, Cəlali bildirib.

Səfir başqa sahələrdə, o cümlədən, pul-kredit, bank, logistika, dəniz əməkdaşlığı və Xəzər dənizi ilə bağlı müzakirə olunası çox məqamların olduğunu bildirib.

O, bunlar barədə ortaq mövqeyin iki ölkə arasında münasibətlərin mümkün qədər inkişaf etməsinə ciddi kömək edəcəyini qeyd edib.

Rusiya XİN İran XİN rəhbərinin Moskvaya səfəri ərəfəsində yaydığı bəyanatda "Qərbin düşməncəsinə hərəkətlərinə baxmayaraq, İran və Rusiya arasında əməkdaşlığın davam edəcəyini" deyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar