SON XƏBƏRLƏR

İranda yol qəzalarında ölənlərin sayı açıqlandı

2023.03.22, 09:33
İranda yol qəzalarında ölənlərin sayı açıqlandı

Gunaz.tv

İran Yol Polisi İdarəsinin sədri Kamal Hadiyanfərin verdiyi məlumata görə, son bir həftə ərzində ölkə yollarında qəza nəticəsində 325 nəfər həyatını itirib, 7 min nəfər isə yaralanıb.

O, yolların və avtomobillərin keyfiyyətsizliyi barədə heç nə demədən baş verən qəzaların sürücülərin səhvi ucbatından baş verdiyini iddia edib.

Qeyd edək ki, bundan əvvəl hətta bir neçə İran rəsmisi ölkədə baş verən avtomobil qəzalarının çoxuna yerli istehsal olan avtomobillərin keyfiyyətsizliyinin səbəb oduğunu deyiblər.

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf millət vəkillərinin tənqidlərinə cavab olaraq, ölkədə avtomobil istehsalının ciddi çatışmazlıqları olduğunu etiraf edib.

Son illər İran vətəndaşları bu ölkədə istehsal edilən yerli avtomobillərə "hərəkət edən tabut" adı veriblər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar