YAP: “İran Azərbaycan xalqından üzr istəməlidir!” - BƏYANAT

27.01.2023, 17:43

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı bəyanat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Bəyanatda deyilir:

"Yanvarın 27-də Bakı vaxtı ilə 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum bütün Azərbaycan ictimaiyyəti kimi, Yeni Azərbaycan Partiyasının üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olub.

Dünyada tolerantlıq nümunəsi, multikulturalizm diyarı, sülh və sabitlik tərəfdarı kimi tanınan, dinc birgəyaşayışa, sivil inkişafa və ümumbəşəri dəyərlərin qorunmasına böyük önəm verən Azərbaycan terrorun bütün forma və təzahürlərini rədd edərək qətiyyətlə pisləyir.

Dövlətimizi və xalqımızı hədəfə almış bu vandalizm aktının arxasında dayanan mənfur qüvvələr bilməlidirlər ki, insanlığa sığmayan, milli və dini dəyərlərə, sivil münasibətlərə və beynəlxalq hüquq normalarına zidd olan bu cür çirkin metodlarla Azərbaycana təsir və təzyiq göstərmək, onu hər hansı bir güzəştə məcbur etmək və müstəqil siyasətindən döndərmək mümkün deyil. 

44 günlük Vətən müharibəsinin nəticələri və sonrakı proseslər göstərdi ki, Azərbaycan istənilən təhdidin qarşısını almağa, illərdir regionda kök salmış terrorizmin başını əzməyə və bütün strateji hədəflərini gerçəkləşdirməyə qadirdir. 

Regionda yeni reallıqlar yaradan, Cənubi Qafqazın lider dövləti kimi güc mərkəzinə çevrilən, dünyada etibarlı tərəfdaş kimi tanınan qalib Azərbaycanın qüdrətinin artmasından narahat olan qüvvələrin istənilən təxribat cəhdi iflasa məhkumdur və bundan sonra da heç bir nəticə verməyəcək!

Yeni Azərbaycan Partiyası olaraq bu xain terror aktını qətiyyətlə pisləyir, şəhid olmuş Orxan Əsgərovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralı qardaşlarımıza şəfa diləyir və İran İslam Respublikasından hadisənin hərtərəfli araşdırılaraq hüquqi qiymət verilməsini, qanlı təxribat törədən terrorçunun və onun arxasında dayanan sifarişçilərin layiqincə cəzalandırılmasını, nəhayət, Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı uzun müddətdir ki, davam edən isterika və təbliğata son qoyulmasını, hadisənin əsl mahiyyəti ilə bağlı dəqiq və düzgün məlumat verilməsini tələb edirik!". (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məhəmməd Əmin Rəsulzadə 31 Mart faciəsi haqqında - Nəsiman Yaqublunun təqdimatında

2023-03-31

gun az article

İran və Rusiya XİN başçıları arasında hərbi əməkdaşlıq müzakirə edilib

2023-03-31

gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30