SON XƏBƏRLƏR

İranda "korona" qurbanlarının sayı artır-Kərəc zindanında 3 məhbus ölüb

2022.02.21, 04:11
İranda "korona" qurbanlarının sayı artır-Kərəc zindanında 3 məhbus ölüb

Gunaz.tv

Kərəc zindanından verilən məlumatlarda fevralın 19-da koronavirusa yoluxmuş 3 məhkumun öldüyü qeyd olunub.

“Zindan və Edama Yox” İnsan Halqrı Mərkəzinin yaydığı xəbərə görə, Kərəc zindanında saxlanılan və koronavirusa yoluxan məhkumlar müayinə və müalicə yerinə tək adamlıq otaqlara salınır, onlara heç bir tibbi yardım göstərilmir.

“Fevralın 19-da məhbuslardan biri dərman verilmədiyi, tibbi xidmət göstərilmədiyi üçün, başqa iki məhkum isə nəfəs çatışmazlığından boğulduqları üçün həyatlarını itiriblər”-deyə, İnsan Haqları Mərkəzinin məlumatında bildirilib.

Mərkəz yaydığı bilgidə məhkəmə sistemi, zindan məsullarının məhbusların ailələrinin onlara dərman çatdırmalarına icazə vermədikləri deyilir.

İnsan Haqları Mərkəzi hal-hazırda İran zindanlarında, özəlliklə Kərəc zindanında facə yaşandığını qeyd edib, bütün insan haqları təşkilatlarını və fəallarından İran Məhkəmə Sistemi, İran hökumətinə təzyiqlər göstərməyə çağırıb.  

Bundan öncə fevralın 18-də Sərhədsiz Jurnalistlər Birliyi də Kərəcin “Qərçək” zindanında fəlakətli durumun hökm sürdüyü barədə xəbər yayıb və beynəlxalq insan haqları təşkilatlarını məsələ ilə bağlı İran hökumətinə təzyiq göstərməyə çağırmışdı.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar