SON XƏBƏRLƏR

İrana bağlı terrorçular İraqda daha bir təxribat törədib

2022.04.07, 11:50
İrana bağlı terrorçular İraqda daha bir təxribat törədib

Gunaz.tv

İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Təsnim" xəbər agentliyi "Hizbullah"a məxsus "Əl-Məyadin" televiziyasına istinadən partlayışın raket hücumundan meydana gəldiyini iddia edib.

Bildirilir ki, Xabat məntəqəsində yerləşən və "Kar" holdingə məxsus neftayırma zavoduna bir neçə "Katyuşa" raketi ilə zərbələr endirilib. 

"Təsnim"in məlumatında qeyd edilir ki, zavod bir neçə gün əvvəl SEPAH-ın villasına raket zərbələri endirdiyi iş adamına məxsusdur. 

Xəbərdə, habelə Türkiyə əleyhinə fikirlər səsləndirilib və bu səbəbdən zavoda raket zərbələrinin İraqın şiə yaraqlıları tərəfindən endirildiyi fikri təlqin edilib.

Qeyd edək ki, İran hökuməti İraq neftinin Türkiyə vasitəsilə dünya bazarına çıxması üçün bağlanmaqda olan yeni müqavilələrdən narahatdır.

Tehran rəsmiləri İraqın şimalından ixrac olunan neftin İsrailə satılacağını deyir, bu məsələdə Türkiyəni ittiham edərək buna imkan verməyəcəkləri barədə xəbərdarlıqlar ediblər.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar