SON XƏBƏRLƏR

İrana sığınan axtarışda olan azərbaycanlılar yenidən Azərbaycana qarşı paylaşım ediblər

2022.09.19, 08:25
İrana sığınan axtarışda olan azərbaycanlılar yenidən Azərbaycana qarşı paylaşım ediblər

Gunaz.tv

İrana sığınan və bu ölkənin kəşfiyyatı, SEPAH və Qumda yerləşən ideoloji mərkəzlər tərəfindən dəstəklənən axtarışda olan azərbaycanlıların da tərkibində fəaliyyət göstərdiyi "Hüseyniyyun" (İslami Müqavimət Hərəkatı) qrupunun üzvləri yenidən Azərbaycan-Ermənistan sərhəddində baş verənlər və Zəngəzur dəhlizi ilə bağlı paylaşım ediblər.

"Azərbaycan hökumətinin bu müharibədən məqsədi İranın sərhədlərini işğal etməkdir. Bu müharibə region üçün təhlükəlidir və Britaniya, sionist planıdır"-adı çəkilən qurumun sosial media hesabındakı paylaşımda belə deyilir.

Onlar müharibənin növbəti mərhələsində guya Zəngəzurun Azərbaycan tərəfindən işğal ediləcəyini iddia edib.

Onlar bildirib ki, bundan sonra isə İranın parçalanmasına cəhd ediləcək.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar