SON XƏBƏRLƏR

İranda 12 oktyabrda kütləvi nümayişlərə hazırlıq barədə bildiriş yayılıb

2022.10.11, 09:38
İranda 12 oktyabrda kütləvi nümayişlərə hazırlıq barədə bildiriş yayılıb

Gunaz.tv

Oktyabrın 12-də ümumölkə mitinqlər və tətillər keçirmək üçün Tehran məhəllələrinin gəncləri və neft sənayesi işçiləri tərəfindən yeni çağırışlar edilib.

Tehran Məhəllələrinin Gəncliyi qrupu oktyabrın 12-i 9 saylı elanında “saat 12:00-dan səhərə qədər bütün əsas meydan və küçələrdə” mitinqə çağırış edib.

Bu qrup daha əvvəl bir neçə şəhərdə məhəllə gəncləri qruplarının yaradıldığını elan etmişdi.

Qeyd edək ki, Tehran Məhəllələrinin Gəncliyi qrupu xüsusilə paytaxtda keçirilən nümayişlərdə aktivliyi ilə seçilir.

Bu qrup bundan öncə yaydığı 8 çağırışda Tehranın bir neçə məntəqəsində on minlərlə vətəndaşın aksiyalara qoşulmasına nail olub.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar