SON XƏBƏRLƏR

İranda koronavirus: Yüksək risk bölgəsi olan 9 şəhərdən 4-ü Qərbi Azərbaycandadır

2021.10.20, 07:36
İranda koronavirus: Yüksək risk bölgəsi olan 9 şəhərdən 4-ü Qərbi Azərbaycandadır

Gunaz.tv

Son məlumatda ölkə üzrə 9 şəhərin yüksək riskli "qırmızı", 106 şəhərin isə riskli "narıncı" zonada olduğu bildirilib.

Məlumatda yüksək riskli qırmızı vəziyyətdə olan 9 şəhərdən 4-2 Qərbi Azərbaycan əyalətində yerləşir.

Əyalətin Üşnü, Bukan, Piranşəhr və Sərdəşt şəhərlərində virusa yoluxma və ölüm hallarının azalmadığı, hal-hazırda yoluxma hallarının yüksək olaraq qaldığı qeyd olunur.

Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadənin oktyabrın 16-da verdiyi məlumata görə, son 24 saatda Qərbi Azərbaycanda 1054 nəfər koronovirusa yoluxub, 8 nəfər dünyasını dəyişib.

Onun bildirdiyinə görə, bu günə kimi əyalətdə 292,403 nəfər COVİD-19-a yoluxub.

Onlardan 6614 nəfəri həyatını itirib.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar