SON XƏBƏRLƏR

İranda 20 əyalətin əhalisi sosial güzarana görə səfil sayılır

2021.10.20, 07:36
İranda 20 əyalətin əhalisi sosial güzarana görə səfil sayılır

Gunaz.tv

Statistika Mərkəzinin hesablamalarına görə, İranın yalnız 8 əyaləti səfalət indeksi baxımından 60% -dən yuxarıda dayanır və səfil sayılmır. 

Bu hesablamada Şərqi Azərbaycan əyaləti 58.6 göstərici ilə səfil əyalətlər sırasında yer alıb.

İran Statistika Mərkəzinin son hesablamalarına görə, sentyabr ayının sonunda inflyasiya yüzdə 45,8, işsizlik nisbəti isə 9,6 faizə çatıb. 

Bu səbəbdən bu yayın sonunda ölkədəki səfalət indeksi 55,4 faizə yüksəlib.

“Həmşəhri” saytının İran Statistika Mərkəzinə istinadən yayınladığı məlumatda bildirilib ki, yalnız Simnan və Qum əyalətlərinin səfalət indeksi 50% -dən aşağıdır.

Tehran, Mazəndəran, Qəzvin, Mərkazi, Həmədan, Əlborz, Ərdəbil, Xorasan Rəzəvi və Cənub əyalətləri səfalət indeksi cədvəlinin sonunda yer alırlar.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar