SON XƏBƏRLƏR

İranda 4 məhkum edam edilib

2022.09.14, 09:13
İranda 4 məhkum edam edilib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, İsfahanın Daran və Dəstgerd zindanlarında 4 məhkum edam edilib.

Məlumatda 36 yaşlı Əli Himmət İsteki və hələlik kimliyi dəqiqləşdirilməyən təbrizli məhkumların adam öldürməkdə günahlandırıldığı bildirilib.

Bununla yanaşı Dəsgerd zindanında silahlı basqında iştirakda ittiham olunan 27 Mehran Nurməhəmmədi və Həsən Məhəmmədipur dar ağacından asılıb.

İranda İnsan Haqları Kampaniyasının verdiyi məlumata görə, son 9 ayda İranda 400 nəfərə yaxın məhkum edam edilib və edam olunanların sayı hər gün artmaqda davam edir.

İran İnsan Haqları Təşkilatının məlumatına görə, mövcud statistik məlumatlar göstərir ki, son 30 ildə dünyada uşaq edamlarının 70%-i İran İslam Respublikasında həyata keçirilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar