SON XƏBƏRLƏR

İranda 490 etirazçı öldürülüb

2022.12.13, 07:57
İranda 490 etirazçı öldürülüb

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının noyabrın 13-ü səhər satlarına yaydığı məlumatda 17 sentyabrdan 12 dekabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 68-i uşaq olmaqla 490 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 18170 nəfərin saxlanıldığı, onlardan 626 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar