SON XƏBƏRLƏR

İranda 6 məhkum edam edilib

2022.08.18, 06:45
İranda 6 məhkum edam edilib

Gunaz.tv

Məlumatda bildirilir ki, avqustun 18-də Yəzd zindanında 5 nəfərin Əmir Şəhiki, Seyid Abbas, Həmid Naruyi, Xudarəhim Naruyi və Səid Keşani dar ağacından asılıb.

Bununla yanaşı avqustun 17-də Cənubi Xorasan əyalətinin Bircənd şəhərinin zindanında Məhiyəddin Daməni adlı məhkum narkotik maddələrin alverində ittiham olunduğu üçün edam edilib.

Edam edilənlərdən dördü İranda yaşayan sünni məzhəbli etnik bəluçlardırlar.

İran məhkəmə sistemi və rəsmi mediası edamlar barədə heç bir məlumat verməyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar