SON XƏBƏRLƏR

İranda 80 universitet müəllimi edam hökmlərinin ləğv olunmasını istədi

2022.12.15, 14:30
İranda 80 universitet müəllimi edam hökmlərinin ləğv olunmasını istədi

Gunaz.tv

Məktubun müəllifləri həmçinin BMT İnsan Hüquqları Şurasının qətnaməsi əsasında yaradılacaq faktaraşdırıcı komitədən həbs olunanların məhkəmə prosesinin araşdırılması və xüsusilə ölüm hökmlərinin çıxarılması məsələsini dərhal gündəmə gətirməyi tələb ediblər.

Universitet müəllimləri ali təhsil ocaqlarında müəllim və tələbələrə qarşı təqib və özbaşına həbslərin artdığını, polis, təhlükəsizlik və mülki geyimli məmurların Universitetlərə nəzarət etdiklərini diqqətə çatdıraraq, bunun 1997-ci ildə YUNESKO-nun Ümumdünya Konfransının müddəalarına zidd olduğunu bildiriblər. (Axar.az)

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar