SON XƏBƏRLƏR

İranda bəhailərin təhsilinə imkan verilmir

2022.08.09, 05:48
İranda bəhailərin təhsilinə imkan verilmir

Gunaz.tv

Məlumatada bildirilir ki, Kuruş Kəriminejad, Rujin Atefi, Ariya Müsleh, Arşiya Pərvin, Humayun İsmaili və Hunam İsmaili adlı gənclər sınaq imtahanlarında yüksək nəticə əldə etmələrinə baxmayaraq, İran Təhsil Nazirliyinin göstərişi ilə universitetə qəbul edilməyiblər.

Son 6 bəhai ilə birlikdə bu il İran Universitetlərinə buraxılmayan bəhai gənclərin sayı 36 nəfərə çatıb.

Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, bəhailər İranda vətəndaşlıq hüququ olmayan dinlərin ardıcılları sayılırlar.

Bu vətəndaşlar sıxışdırılır, iş yerləri möhürlənir, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilir, qəbiristanlıqları və başqa müqəddəs yerləri dağıdılır və çox sayda sosial məhdudiyyətlərlə üzləşirlər.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi ölkədə minlərlə bəhai həbs olunub.

Yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar