SON XƏBƏRLƏR

İranda bahalığa qarşı etirazlar başqa əyalətlərə yayılır-Narazılara atəş açılıb-VİDEO

2022.05.12, 17:03
İranda bahalığa qarşı etirazlar başqa əyalətlərə yayılır-Narazılara atəş açılıb-VİDEO

Gunaz.tv

Mayın 12-i axşam saatlarında Çahar-Mahal və Bəxtiyari əyalətinin mərkəzi Şəhri-Kurrda kütləvi etiraz aksiyaları başlayıb.

Etirazçılar bahalıq və inflyasiya ilə bağlı narazılıqlarını bildirib, hökumət rəsmilərinə qarşı şüarlar səsləndiriblər.

“Yalançı Rəisi vediyin vədlərin nəticəsi hanı”-deyə, etirazçılar İran prezidenti İbrahim Rəisinin iqtisadi dirçəlişlə bağlı vədlərinin yalan çıxdığını deyiblər.

Bununla yanaşı Loristan və Kirmanşah əyalətlərində də əhalinin küçələrə axışdığı və hökumətə qarşı şüarlar səsləndirdiklərini əks etdirən videolar yayılıb.

Sosial media fəallarının gecə saatlarında Əndimeşk, Əhvaz, İzə, Conqan və Durud şəhərlərindən yaydıqları video və fotolara əsasən hökumət qüvvələri etirazçılara qarşı atəş açıb, çox sayda insanı yaralayıblar.

Dinc etirazçıların güllələnməsindən sonra hiddətlənmiş əhalinin Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində yerləşən İnqilab Keşikçiləri Korpusunun qərargahına hücum etdikləri bildirilir.

Qeyd edək ki. xüsusilə son günlər İranda ərzaq mallarını bahalaşması və qıtlığı bir çox şəhərlərdə əhalinin mağazalara hücum etməsinə, az miqdarda qalan malları talan etmələrinə səbəb olub.

İran rəsmilərinin qiymətlərin sabitləşdiriləcəyi və bazara ərzaq məhsullarının gətiriləcəyi ilə bağlı vədlərinin tərsinə, hər keçən gün qiymətlər bahalaşmaqda və məhsullar yoxa çıxmaqdadır .

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar