SON XƏBƏRLƏR

İranda biri qadın olmaqla daha 4 məhkum dara çəkilib

2021.11.29, 10:12
İranda biri qadın olmaqla daha 4 məhkum dara çəkilib

Gunaz.tv

Edam edilənlərdən 3-ü miliyyətcə İran bəluclarındandır.

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddə qaçaqmalçılığı ittihamı ilə ölümə məhkum edilənlərdən biri, Kəşan şəhər sakini, 41 yaşlı məhkum Məryəm Xakpur noyabrın 25-i səhər saatlarında İsfahanın Dəstgerd zindanında dara çəkilib.

Həmin gün eyni ittihamla daha bir məhkum, Zahidan şəhər sakini Heydər Qəlcayi Kirman şəhərinin həbsxanasında dar ağacından asılıb.

Yayılan məlumata əsasən, eyni ittihamla daha bir bəluc məhkum, Məcid Sərgülzayi noyabrın 27-də Zahidan şəhərinin həbsxanasında, məhkum İbrahim Naruyi isə noyabrın 28-i səhər saatlarında Məşhəd şəhərinin zindanında dar ağacından asılaraq edam edilib.

Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb. 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar