SON XƏBƏRLƏR

İranda daha 4 məhkum edam edilib

2021.11.19, 12:23
İranda daha 4 məhkum edam edilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, narkotik qaçaqmalçılığında təqsirləndirilən Zahidan şəhər sakini, məhkum Şəmsəddin Qəlcayi noyabrın 18-I sübh saatlarında Kirman şəhərinin zindanında dara çəkilib.

Yayılan digər bir xəbərə görə, həmin gün qətldə günahlandırılaraq barələrində ölüm hökmü çıxarılmış məhkumlar 35 yaşlı Mustafa Purəhməd və 40 yaşlı Muctaba Baqiri Rəşt şəhərinin Lakan həbsxanasında dar aöacından asılıblar.

Bildirilir ki, qətl ittihamı ilə daha bir məhkum, Kazerun şəhər sakini 41 yaşlı Məruf Qolipur noyabrın noyabrın 14-də Şirazın Adilabad zindanında dara çəkilib.

Edam edilən məhkumların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb. 

Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar