SON XƏBƏRLƏR

İranda daha bir jurnalist həbs edildi

2023.01.13, 10:10
İranda daha bir jurnalist həbs edildi

Gunaz.tv

O, xaricə getmək üçün Tehran hava limanına getdikdən sonra təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Onun həbs səbəbi və hara aparıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib.

Həbs edilən media işçilərinin 38-i jurnalist, 25-i əyalət müxbirləri və 10 nəfəri isə fotojurnalistlərdir.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da 30 jurnalist həbsdə saxlanılır.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar