SON XƏBƏRLƏR

İranda iki SEPAH zabiti öldürülüb

2022.06.13, 02:55
İranda iki SEPAH zabiti öldürülüb

Gunaz.tv

Rəsmilər İnqilab Keşikçiləri Korpusunun Aerokosmik bölmənin döyüşçülərindən olan Əli Kəmaninin xidməti vəzifəsini yerinə yetirərək öldüyünü bildirib.

Zabitin ölüm səbəbləri barədə ətraflı məlumat verilmir. 

Bununla yanaşı başqa bir məlumatda Simnan əyalətində daha bir airokosmik sahəsi üzrə mütəxəssisi Məhəmməd Əbdusun ölümü bildirilib.

Hər iki nəfərin ölümü ilə İnqilab Keşikçiləri Korpusunun yaydığı bəyanatda onlar şəhid adlandırılıb.

İranda şəhid sözü öldürülən hərbçilərə və şəxslərə verilən ad olduğu üçün hər iki şəxsin öldürüldüyü ehtimal edilir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar