SON XƏBƏRLƏR

İranda edam edilən etirazçıya görə yeni aksiyalar çağırış edilib

2022.12.09, 14:26
İranda edam edilən etirazçıya görə yeni aksiyalar çağırış edilib

Gunaz.tv

Bildirişdə dekabrın 11-də Tehran başda olmaqla bütün şəhərlərdə edam edilən Möhsün Şikari adlı etirazçının 3 mərasimində kütləvi etiraz nümayişlərinin keçiriləcəyi bildirilib.

Möhsün Şikari sentyabrın 25-də həbs edilib və onun ilk məhkəməsi noyabrın 1-də keçirilib. Möhsün Şikari İran İnqilabı Keşikçiləri Korpusunun Bəsic silahlılarından birinə qəsdən xəsarət yetirməkdə, Tehran küçəsini bağlamaqda, ictimaiyyətin inamını qırmaqda və təhlükəsizliyi pozmaqda günahlandırılaraq edam cəzasına məhkum edilib.

Şikarinin edamı dekabrın 8-i səhər həyata keçirilib.

Qeyd edək ki, Tehran Məhəllələrinin Gəncləri qrupu xüsusilə paytaxtda keçirilən nümayişlərdə aktivliyi ilə seçilir.

Bu qrup bundan öncə yaydığı çağırışlarda Tehranın bir neçə məntəqəsində on minlərlə vətəndaşın aksiyalara qoşulmasına və təsirli aksiya keçirməsinə nail olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar