SON XƏBƏRLƏR

İranda ekoloji problemlə bağlı xəbərdarlıq edilib

2022.05.11, 08:09
İranda ekoloji problemlə bağlı xəbərdarlıq edilib

Gunaz.tv

O, son günlər ölkə xaricindən qaynaqlanan toz fırtınalarının xüsusilə ölkənin qərb və cənub bölgələrində ciddi fəsadlar törətdiyini təsdiq edib, toz fırtınası qaynaqlarının bir çoxunun ölkə içində olduğunu söyləyib.

“Bundan öncə Əlbor və Qəzvin şəhərlərinin cənubunda mövcud olan sulaq ərazilər artıq səhralığa çevrilib və bunlar da öz növbəsində toz fırtınalarının baş verməsinə səbəb olur”-deyə, Əhəd Vəzifə bildirib.

İran Milli İqlim Mərkəzinin başçısı bununla yanaşı Urmu gölünün quruması və gölün yatağından baş qaldıran duz fırtınalarının ölkənin şimal qərb bölgəsi üçün ciddi ekoloji problemlər yaratdığını etiraf edib.

Bundan bir neçə gün öncə İranda quraqlıq və su çatışmazlığı ilə bağlı çıxış edən Vəzifə ölkədə neçə ildir davam edən quraqlıq barədə danışıb və iqlim dəyişikliyi ilə əlaqədar xüsusilə İranın cənub və cənub-şərq, mərkəzi bölgələrində yaşayan əhalinin məcburi miqrasiyasının başladığını elan edib.

“Quraqlıq quraq və susuz ərazilərin sakinlərinin ölkənin şimal və mülayim bölgələrinə miqrasiyasına səbəb olur”-deyə, Vəzifə bildirib.

İran Ətraf Mühitin Mühafizəsi İdarəsinin nümayəndəsi Məhəmmədəli Təhmasbinin sözlərinə görə, İranda hər il 145 milyon ton toz istehsal edən 270 milyon hektar toz quraq toz qaynaqları var. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar