SON XƏBƏRLƏR

İranda etiraz aksiyaları davam edib-Soyuqbulaqda qarşıdurma olub

2022.11.10, 09:53
İranda etiraz aksiyaları davam edib-Soyuqbulaqda qarşıdurma olub

Gunaz.tv

Sosial media fəalları və xarici medianın verdiyi məlumata görə, Tehran, Ərak, Sənəndəc, Soyuqbulaq (Mahabad) və başqa bir neçə şəhərdə etiraz nümayişləri davam edib.

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (mahabad) şəhərində hökumət məmurlarının öldürdüyü 35 yaşlı Fayiq Qadirinin dəfn mərasimindən sonra etiraz aksiyası keçirilib.

Polis və xüsusi təyinatlı qüvvələ "diktatora ölüm" şüarları səsləndirən etirazçılara qarşı rezin dəyənəklər və gözyaşardıcı qazdan istifadə edib.

Bununla yanaşı İsfahan əyalətininQədrican şəhərində də keçirilən nümayişlər zamanı hökumət məmurları vətəndaşlara qarşı güc tətbiq edib.

Hormozqan əyalətinin mərkəzi Bəndər Abbas şəhərində gecə saatlarında etirazçılarla hökumət məmurları arasında baş verən qarşıdurmada bir neçə nəfərin yaralandığı və həbs edildiyi bildirilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar