SON XƏBƏRLƏR

İranda etiraz aksiyaları başqa şəhərlərə yayılır-VİDEO

2022.05.27, 04:38
İranda etiraz aksiyaları başqa şəhərlərə yayılır-VİDEO

Gunaz.tv

Mayın 25-i və 26-a keçən gecə Abadan, Xurrəmşəhr, Hormozqan əyalətinin mərkəzi Bəndər-Abbas şəhərlərindən başqa Şahinşəhr və Behbahan şəhərlərində də kütləvi etiraz aksiyaları başlayıb.

Etirazçılar hökumət rəsmilərinə qarşı ənənəvi şüarlar səsləndirib. “Xameneyi qatildir, hakimiyyəti batildir” şüarını səsləndirən narazılar İranın ali rəhbəri Əli Xameneyinin siyasətini pisləyiblər.

Məlumata görə, narazı kütlə Abadan bələdiyyəsinə hücum edib, çökən və onlarla insanın ölümünə səbəb olan "Metropol" binasının sahibi Hüseyn Əbdülbaqinin şəhərdəki mağazalarını yandırıblar.

 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar