SON XƏBƏRLƏR

İranda əfqanıstanlı qaçqınların orqanları oğurlanır

2022.05.16, 06:48
İranda əfqanıstanlı qaçqınların orqanları oğurlanır

Gunaz.tv

Məlumatda qaçqın ailələrə istinadən bildirilir ki, əfqanıstanlı köçkünlər,  özəlliklə gənclər adi xəstəlikdən xəstəxanaya müraciət etdikdən bir neçə gün sonra cəsədləri ailələrinə təhvil verilir.

"Adi yara və xəstəliyə görə xəstəxanaya müraciət edən qaçqınların xəstəlikdən öldüyü bildirilir. Onları meyitləri isə ailələrinə doğranmış və həyati orqanları çıxarılmış şəkildə təhvil verilir"-deyə, məlumatda yazılıb.

"Şpigel"in İran-Əfqanistan sərhəddinə göndərilmiş tədqiqatçı qrupu sürücülər, insan qaçaqmalçıları və Taliban nümayəndələri ilə apardıqları danışıqların nəticəsində bu barədə hesabat hazırlayıblar.

"Sərhəd keçid məntəqəsində bir əfqanistanlı qaçqının meyitini gördük. 27 yaşlı gənci başından göbəyinə kimi yarıb. sonra tikmişdilər. O, Tehranda tikintidə fəhlə işləmiş, adi baş ağrısına görə xəstəxanaya getmiş və bir neçə gündən sonra meyiti ailəsinə təhvil verilmişdir"-deyə, Şpigelin müxbiri yazıb.

qeyd edək ki, hesabatda onlarla qaçqının müsahibələri, insan qaçaqçıları və qaçqınları daşıyan sürücülərin şahid olduqları hadisələr öz əksini tapıb.

xüsusilə son aylar. Talibanın Əfqanistanda hakimiyyəti ələ keçirməsindən sonra İranda əfqanistanlı qaçqınlara qarşı münasibət dahada pisləşib.

İran hökuməti və hökumət məmurlarının qaçqınlara qarşı münasibəti Taliban hökuməti iılə Tehran rejimi arasında münasibətlərin kəskin gərginləşməsinə səbəb olub.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar