SON XƏBƏRLƏR

Şovinist çevrələr İranda güneyli müğənniyə qarşı kampaniya başladılıb

2022.03.25, 11:09
Şovinist çevrələr İranda güneyli müğənniyə qarşı kampaniya başladılıb

Gunaz.tv

İbrahim Hamidi "İrana xəyanətdə" ittiham olunur.

Birləşmiş Ərəb Əmirliklərində konsert verən Ebinin jurnalistlərin körfəzin adı ilə bağlı sualına verdiyi cavab və fars miliyyətçiliyini təbliğ edən “Xəlic-e fars” mahnsını oxumaması bir sıra iranlıların qəzəbinə səbəb olub.

“Körfəzinin adının fars, ərəb və ya başqa nəsə olması mənim məsələm deyil. Bu siyasi məsələdir və bununla siyasətçilər məşğul olmalıdır”-deyə, Ebi bildirib.

Onlar azərbaycanlı müğənnini satqınlıqda və “Fars körfəzi”nin adını təhrif etməkdə günahlandırırlar.

Qeyd edək ki, atası əraklı, anası həmədanlı olan 72 yaşlı İbrahim Hamidi İran ən tanınmış sənətilərindən sayılır və 1977-ci ildən Amerikada yaşayır.

Britaniyalı müğənni Tom Conzla müqayisə olunan Ebi, Tehran rejiminə qarşı çıxışları, müsahibələri və fəaliyyətləri ilə seçilən azsaylı sənətçilərdən biridir.

 Ebi dəfələrlə Türkiyə və Azərbaycan Respublikasında səfərdə olub və onun İbrahım Tatlısəslə birgə oxuduğu mahnılar Türkiyə və Azərbaycan türklərinin rəğbətini qazanıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar