SON XƏBƏRLƏR

İranda həbsdə olan belçikalı məhbusun ailəsi onun azadlığa buraxılmasını tələb edir

2022.07.12, 05:54
İranda həbsdə olan belçikalı məhbusun ailəsi onun azadlığa buraxılmasını tələb edir

Gunaz.tv

Qeyd edək ki, onun həbs xəbəri iyulun 5-də Belçika parlamentinin Belçika-İran arasında məhbus mübadiləsi planı ilə bağlı iclası ərəfəsində açıqlanıb. 

Belçika və İran arasında məhbus mübadiləsi planında hər iki tərəfin məhkum edilmiş məhbuslarının cəzalarının qalan hissəsini öz ölkələrində çəkmək üçün öz ölkələrinə qaytarılması nəzərdə tutulur.

41 yaşlı yardım işçisi Oliviye Vandekastel Beynəlxalq Yardım xeyriyyə təşkilatının İran departamentinin keçmiş direktorudur.

O, missiyasını başa vurduqdan sonra 24 fevral 2022-ci ildə Tehrana turist səfəri zamanı həbs edilib.

Hazırda Belçika qanunvericiləri tərəfindən təsdiqlənən Belçika ilə İran arasında məhbus mübadiləsi planı İran Xalq Mücahidləri Təşkilatının aksiyasında terror planlaşdırmaqda ittiham olunan iranlı diplomat Əsədullah Əsədinin də azad edilməsinə səbəb ola bilər.

İran Belçikada terror cinayətinə görə 20 il azadlıqdan məhrum edilən Əsədullah Əsədinin azadlığa buraxılmasını dəfələrlə tələb edib.

Bir çox siyasi və mədəni fəallar, iranlı hüquqşünaslar və Beynəlxalq Əft Təşkilatı kimi beynəlxalq insan haqları təşkilatları bu qanun layihəsinin təsdiqinə qarşı xəbərdarlıq ediblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar