SON XƏBƏRLƏR

İranda həkim çatışmazlığı böhran səviyyəsinə çatır

2022.04.06, 11:58
İranda həkim çatışmazlığı böhran səviyyəsinə çatır

Gunaz.tv

İranın Tibb Sistemi Təşkilatının sözçüsü Rza Laripur ötən il  4000-ə yaxın həkimin digər ölkələrə mühacirət etmək üçün "miqrasiya sertifikatı" almaq istədiyini deyib.

"Sertifikat almaq üçün müraciət edənlərin çoxu 2021-ci ilin avqust ayında qeydə alınıb və onların çoxu ümumi can həkimləri olub"-deyə, Laripur bildirib.

Bu sertifikat digər ölkələrdə öz sahələrində çalışa bilməsi üçün həkimlərə verilən sənəddir.

O, bundan bir neçə il öncəyə kimi ölkədən getmək istəyən həkimlərin sayının ortalama 600 nəfər olduğunu deyib. 

Rza Laripurun sözlərinə görə, indi bu sayın bir neçə dəfə çoxalması ölkədə həkim çatışmazlığını böhran həddinə çatdıracaq.

Xatırladaq ki, son illərdə İran rejiminin yanlış siyasəti və ağır iş şəraiti və aşağı maaş səbəbindən yüzlərlə həkim, o cümlədən digər sahələrdə çalışan savadlı kadrlar ölkədən gedərək digər dövlətlərə sığınmaq məcburiyyətində qalırlar.

Bir neçə gün bundan öncə Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan da bu problemdən danışıb.

O, mövcud şəraitə görə, bir çox elm adamının ya təqaüdə çıxmaq üçün müraciət etdiyini və ya ölkədən çıxmaq üçün yollar axtardığını deyib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar