SON XƏBƏRLƏR

İranda hicabsızlara qarşı pul cəriməsi tətbiq ediləcək

2022.08.15, 09:17
İranda hicabsızlara qarşı pul cəriməsi tətbiq ediləcək

Gunaz.tv

 Məhəmmədsaleh Haşimi Qolpayeqani bundan sonra hicab qaydalarına riayət etməyən qadınların cərimə ediləcəklərini deyib.

Bundan öncə hicabsızlara qarşı sərt cəzaların tətbiq edilməsinin vacibliyini deyən Qolpayeqani geniş etirazlardan sonra mövqeyində dəyişiklik etməyə məcbur olub.

"Bundan sonra hicabsız cinayətkar kimi saxlanılmayacaq, sadəcə qanunları pozan şəxs qismində cərimə ediləcək"-deyə, o bildirib.

Məsələ ilə bağlı çıxış edən Haşimi Qolpayeqani İran televiziyasının hicabsızlıqla mübarizədə yetərli təbliğat aparmadığını iddia edib və hicabla bağlı film və serialların çəkilməsinin vacibliyindən danışıb.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar