SON XƏBƏRLƏR

İranda iş qəzalarında ölənlərin sayı artıb

2022.08.20, 05:40
İranda iş qəzalarında ölənlərin sayı artıb

Gunaz.tv

İşçi fəallar təhlükəsizlik qaydalarına riayət edilməməsi üzündən iş qəzalarında ölənlərin sayının artdığını bildiriblər.

Onların dediyinə görə, son bir ayda ölkənin müxtəlif yerlərində ən azı 20 işçi həyatını itirib, yüzlərlə fəhlə yaralanıb. 

Məlumatda ölən və yaralanan işçilərin əksəriyyətinin tikinti sahəsində çalışan fəhlələr olduğu qeyd olunub.

İşçi fəallar verilən rəqəmin rəsmi olduğunu, bildirib. Onlar qeyri-rəsmi məlumatlarda ölən və xəsarət alanların sayının qat-qat çox olduğunu qeyd ediblər.

Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəsmi məlumatlara görə hər il İranda minlərlə işçi iş qəzaları nəticəsində həyatını itirir, on minlərlə işçi isə yaralanır.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar bildirib ki, ölüm hallarının çoxalmasının əsas səbəbi iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarına əməl olunmaması, işçilərin qoruyucu geyim və avadanlıqlarla təmin edilməməsidir. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar