SON XƏBƏRLƏR

İranda iki doğma qardaş dara çəkilib, övladlarının edam xəbərini eşidən ana infarktdan ölüb

2021.10.21, 10:15
İranda iki doğma qardaş dara çəkilib, övladlarının edam xəbərini eşidən ana infarktdan ölüb

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərin yaydığı xəbərə əsasən, 6 il əvvəl Xuzistan əyalətinin “Potk Cəlali” kəndində məişət zəminində bir neçə nəfər arasında baş verən davada bir vətəndaşın qətlində günahlandırılan doğma qardaşlar, 45 yaşlı Məhəmməd Məhəmmədi və 38 yaşlı İslam Məhəmmədi oktyabrın 19-u sübh saatlarında Əhvaz şəhərinin Sepidar zindanında dara çəkiliblər.


Bildirilir ki, ölüm hökmünün icrasından bir neçə saat sonra hər iki övladının edam edildiyi xəbərini eşidən məhkumların anası yerindəcə infarkt keçirərək ölüb.


Məhkum qardaşların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb. 


Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

gun az article

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar