SON XƏBƏRLƏR

İranda iki etnik bəluç öldürülüb

2022.07.04, 07:09
İranda iki etnik bəluç öldürülüb

Gunaz.tv

Bu barədə bəluç fəalları məlumat yayıb.

Məlumatda iki gəncin xırda yanacaq satışı ilə məşğul olduqları, İran İnqilab Keşikçiləri Korpusunun məmurları tərəfindən atəşə tutulduğu bildirilir.

Fəallar avtomobilin partlaması və yanması nəticəsində hər iki  gəncin yanaraq kül olduqlarını deyiblər.

Qeyd edək ki, Sistan-Bəluçistanda işsizlik və yoxsulluq səbəbindən çox sayda insan Pakistan və Əfqanıstan sürücülərinə yanacaq satmaqla məişət problemlərini həll etməyə çalışırlar.

Buna imkan verməyən, xırda yanacaq alverini qanuniləşdirməyən hökumət, hər il onlarla bəluçun öldürülməsinə səbəb olur.

Bəluç Fəalları Kampaniyasının 2021-ci illə bağlı yaydığıı hesabata görə, ötən il ərzində bəluç vətəndaşlarına qarşı SEPAH və polis məmurları tərəfindən 52 dəfə xəbərdarlıq etmədən atəş açılıb və nəticədə biri qadın, ikisi azyaşlı olmaqla ən azı 48 nəfər ölüb, 29 nəfər isə yaralanıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar