SON XƏBƏRLƏR

İranda iki gəncin edamının qarşısını almaq üçün çağırış edildi

2023.01.09, 10:40
İranda iki gəncin edamının qarşısını almaq üçün çağırış edildi

Gunaz.tv

Qrup, edam öncəsi Kərəcin Rəcayişəhr zindanının təkadamlıq kameralarına köçürülən Məhəmməd Bruğəni və Məhəmməd Qubadlu adlı gənclərin edamının qarşısını almaq üçün vətəndaşlardan zindan ətrafına toplaşmağı istəyiblər.

Qeyd edək ki, yanvarın 9-u səhər saatlarında hökumət qüvvələri Kərəc şəhərinin həbsxanası qarşısına toplaşan məhkumların yaxınlarına atəş açıb.

"Tehran Məhəllələrinin Gəncləri" qrupu bundan öncə etdiyi çağırışlarda Tehranın bir neçə məntəqəsində on minlərlə vətəndaşın aksiyalara qoşulmasına və təsirli aksiya keçirməsinə nail olub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar