SON XƏBƏRLƏR

İranda iki ərəb gənc işgəncə altında öldürülüb

2022.10.25, 08:15
İranda iki ərəb gənc işgəncə altında öldürülüb

Gunaz.tv

İranın Xuzistan əyalətindən olan 18 yaşlı Mehdi Fərhani və 17 yaşlı Əli Bavəri hökumət məmurları tərəfindən öldürülüb.

Əhvaz İnsan Haqları Təşkilatı oktyabrın 24-də yaydığı məlumatda Mehdi Fərhaninin ötən il həbs olunduğunu və cənazəsinin bu günlərdə qardaşına təhvil verildiyini yazıb.

Məlumatda Əli Bavəri adlı 17 yaşlı yeniyetmə ərəbin isə həbs edildikdən bir neçə gün sonra meyitinin çaydan tapıldığı bildirilib.

Timur

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar